Yasamalda çörək emalı müəssisəsi bağlandı – FOTOLAR

Paytaxtın Yasamal rayonu, 7-ci sallaqxana küçəsi 7A ünvanında fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb.

Referans Media xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Agentliyinin əməkdaşları sözügedən ünvanda fiziki şəxs Cəfər Zabit oğlu Cavadlıya məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları müəyyən edilib.

Belə ki, müəssisənin antisanitar şəraitdə, qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı, istehlak üçün nəzərdə tutulan çörəklərin polimer qablaşdırmalarda antisanitar vəziyyətdə saxlanıldığı müəyyən edilib.

Nöqsanlarla bağlı inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.

872514173 1922322922425468 4206564228746225052 n
875310629 1449420103924883 3558993158350298366 n
879493910 1113860614868764 20696747258899107 n
884252145 4612851092367394 6442196369008974491 n
887316683 1089306950766527 7633457105421942599 n
Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki