Əhaliyə SEVİNDİRİCİ XƏBƏR: 2027-ci ildə pensiya və maaşlar...

2027-ci ilin dövlət büdcəsində gəlirlərin 39,2 milyard manat, xərclərin isə 42,4 milyard manat proqnozlaşdırılması büdcə kəsirini gündəmə gətirib. Büdcə kəsirinin iqtisadi sabitliyə mümkün təsirləri və xərclərin prioritet istiqamətləri müzakirə olunur.

Referans Media-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda büdcə kəsiri o qədər də böyük deyil və onun maliyyələşmə mənbələri kifayət qədər çoxdur. Buna görə də iqtisadçı bu məsələdə ciddi problem görmür.

Onun sözlərinə görə, hər il büdcədə müəyyən həcmdə kəsir nəzərdə tutulur. Lakin il ərzində büdcə vəsaitlərinə qənaət edilməsi və atılan müəyyən addımlar nəticəsində bəzi hallarda hətta profisit də yaranır.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda uzun illərdir büdcə xərclərinin prioritet istiqamətləri dəyişmir. Bunlara sosial xərclər, müdafiə xərcləri, dövlət idarəetməsi ilə bağlı xərclər və investisiya xərcləri daxildir.

İqtisadçı hesab edir ki, gələcəkdə regionda sülhün tam bərqərar olması, təhlükəsizliklə bağlı problemlərin həlli və qonşu ölkələrdə müharibələrin başa çatması hərbi xərclərin azaldılmasına, bunun əvəzində isə sosial xərclərin artırılmasına imkan yarada bilər.

Lakin onun fikrincə, dünyada mövcud olan hazırkı vəziyyət hələlik belə bir addımın atılmasına imkan vermir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki