TƏCİLİ! Prezidentdən önəmli QƏRAR: Nələr dəyişəcək?

Prezident İlham Əliyevin Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləməsi ölkənin xarici ticarət əməliyyatlarında və gömrük nəzarəti mexanizmlərində mühüm yeniliklərdən biri olub. Qəbul edilən yeni dəyişikliklərə əsasən, idxal olunan və barəsində texniki reqlamentlər və istinad edilmiş standartlar qəbul edilmiş mallara dair “Texniki tənzimləmə haqqında” Qanuna uyğun olaraq tərtib edilən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri artıq birbaşa gömrük orqanlarına təqdim edilməli və gömrük rəsmiləşdirilməsi zamanı ciddi yoxlanılmalıdır.

Bununla belə, sahibkarların fəaliyyətinin tənzimlənməsi və yeni tələblərə uyğunlaşması üçün qanunvericilikdə keçid dövrü də nəzərdə tutulub; belə ki, bu tələblər idxal edilən mallara yalnız müvafiq texniki reqlamentlərin və istinad edilmiş standartların hər ikisinin birlikdə qüvvəyə minməsindən iki il keçdikdən sonra şamil olunacaq. Bu isə biznes subyektlərinə və idxalçılara tələb olunan sənədləşmə işlərini və standartlara uyğunlaşma prosesini tənzimləmək üçün kifayət qədər vaxt qazandırır.

Referans Media bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov qeyd edib ki, Gömrük Məcəlləsinə edilən bu dəyişiklik ölkə bazarına daxil olan məhsulların təhlükəsizliyinin artırılması və istehlakçı hüquqlarının qorunması baxımından mühüm addımdır: "Dövlət tərəfindən texniki reqlamentlərin və uyğunluq sənədlərinin gömrük nəzarətinə inteqrasiya olunması daxili bazarın keyfiyyətsiz və standartlara cavab verməyən idxal məhsullarından qorunması üçün zəruri mexanizmdir. Bu, eyni zamanda yerli istehsalçıların sağlam rəqabət mühitində fəaliyyət göstərməsinə şərait yaradacaq, çünki ölkəyə gətirilən xarici malların daşınması, təhlükəsizliyi və texniki uyğunluğu artıq daha şəffaf və sərt hüquqi çərçivədə tənzimlənəcək".

Onun sözlərinə görə, qanunda nəzərdə tutulan ikillik keçid dövrü sahibkarlar üçün həm də stimullaşdırıcı rol oynayacaq və onlara yeni qaydalara tam şəkildə uyğunlaşmaq imkanı verəcək: "İdxalçılar bu müddət ərzində fəaliyyətlərini yeni texniki tələblərə uyğun qurmalı, təchizat zəncirindəki sənədləşmə proseslərini beynəlxalq standartlara cavab verən səviyyəyə gətirməlidirlər ki, gələcəkdə gömrük rəsmiləşdirilməsi zamanı hər hansı süni maneə və ya ləngimə ilə qarşılaşmasınlar. Eyni zamanda, bu mexanizm biznesin dürüst və qanuni prinsiplərlə işləməsini təşviq edəcək, qeyri-qanuni və ya standartlara cavab verməyən məhsulların daxili bazara yol tapmasının qarşısını tam şəkildə alacaq".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki