Hikmət Hacıyev “Türkiye Gazetesi”nə irad bildirdi – FOTO

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin media nümayəndələri ilə keçirdiyi görüşdən sonra onun adından yayılan bəzi fikirlərin təhrif edildiyini bildirib.

Referans Media xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı “X” hesabında paylaşım edib.

“Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüdlə qeyd edirəm ki, “Türkiye Gazetesi”nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib. Həmin məqalədə mənə istinadən verilən bir sıra ifadələr düzgün deyil. Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür”, – Hikmət Hacıyev bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki