Bərdədə kanalda batan şəxsin meyiti tapıldı

Bərdə rayonu ərazisindən keçən Yuxarı Qarabağ kanalında bir neçə gün əvvəl batan şəxsin meyiti tapılıb.

Referans Media  apa-ya istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Rəsul Binnatovun meyiti Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış-xilasetmə qrupu tərəfindən sudan çıxarılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki