Bakıda faciəli hadisə baş verib.
Referans Media Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Akkord” yaşayış kompleksində qeydə alınıb.
Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Qəmbər Heydər oğlu İbrahimov 8-ci mərtəbədən yıxılaraq ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
