Cəlilabad sakini suvarma hovuzunda boğuldu

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

 Referans Media xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində yerləşən meyvə bağında qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu çimmək üçün daxil olduğu suvarma hovuzunda boğulub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./NOCOMMENT.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki