UEFA Konfrans Liqası: “Qarabağ” “Dinamo” ilə qarşılaşır: İLK QOL – YENİLƏNİR

“Qarabağ” hesabı açır. 

Referans Media xəbər verir ki, 12-di dəqiqədə Ağdam təmsilçisinin yeni transferi Cali Muaddib qarşılaşmanın ilk qoluna imza atıb.

***

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn bütün komandalar müəyyənləşəcək.

Referans Media xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da III təsnifat mərhələsinin cavab oyununda meydana çıxacaq.

Qurban Qurbanovun komandası Bakıda Kiyev “Dinamo”sunu qəbul edəcək. Tərəflər arasında ilk görüşdə ukraynalılar 1:0 hesabı ilə qalib gəlib.

Qarşılaşmanın qalibi pley-off mərhələsində “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandalar arasında ilk oyunda “Tvente” 6:0 hesablı darmadağınla qalib gəlib.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaq:

“Qarabağ”: Martin Zlomisliç, Elvin Cəfərquliyev, Bense Varkonyi, Bədavi Hüseynov, Mateus Silva, Marko Yankoviç, Pedro Bikalyo, Abdullah Zubir, Aleksey Kaşuk, Jali Muaddib, Kadi Borges.

“Dinamo”: Vyaçeslav Surkis, Aleksey Siç, Kristian Bilovar, Vladislav Dubinçak, Taras Mixavko, Vladimir Brajko, Castin Lonveyk, Valentin Rubçinski, Eduardo Gerreyro, Boqdan Reduşko, Matvey Ponomaryonko.

Qeyd edək ki, Qurban Qurbanov Mateuş Koxalskini bu görüşdə ehtiyatda saxlayıb. Buna səbəb qapıçının ÇSKA və “Dinamo” ilə keçirilən ilk matçlarda zəif çıxış etməsi olub.

Qarşılaşma 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xatırladaq ki, ilk oyunda “Dinamo” “Qarabağ“ı 1-0 hesabı ilə məğlub edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki