Bəzi ərazilərdə qaz kəsiləcək

İyulun 7-də Bərdə və Füzuli rayonlarının bəzi kənd və qəsəbələrində təbii qazın verilişi dayandırılacaq.

Bu barədə Referans Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 7-də saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Yeni Daşkənd, Şatırlı, Kürdborakı, Nazırlı, Qazaxlar və Hacılar kəndlərinin, saat 14:00-dan işlər yekunlaşanadək Füzuli rayonunun Horadiz qəsəbəsində 15 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki