Naxçıvan şəhərində qəza olub, xəsarət alanlar var.
Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, yük avtomobil yolu qarşı tərəfə keçən 3 nəfəri vurub.
Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
