“Qarabağ”ın oyununa bilet satışı dayandırıldı - Səbəb

“Qarabağ” klubu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə (İslandiya) qarşı keçiriləcək oyunun biletlərinin satışı ilə bağlı azarkeşlərə müraciət edib.

Referans Media xəbər verir ki, müraciətdə bilet satışının müvəqqəti dayandırıldığı, buna texniki problemin səbəb olduğu bildirilib.

Bildirilib ki, iticket.az saytda yaranan ləngimənin əsas səbəbi DigitalOcean Managed Database xidmətində baş vermiş texniki nasazlıqdır.

“Əziz “Qarabağ” azarkeşləri.

Biletlərə göstərdiyiniz böyük marağın fərqindəyik.

Saytda yaranmış ləngimənin əsas səbəbi DigitalOcean Managed Database xidmətində baş vermiş texniki problem və bunun nəticəsində database performansının zəifləməsi olub.

Bilet satışı sabah, 4 iyul saat 15:00-da başlayacaq.

Narahatlığa görə üzr istəyirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki