Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq kəsiləcək

Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Referans Media xəbər verir ki, buna səbəb 110 kV-luq “Cəlilabad” hava xəttində aparılacaq təmir işləridir.

Nəticədə 17 sentyabr saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd, Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki