Yevlax sakini yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.
Referans MediaTeleqraf-a istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində qeydə alınıb.
Kəlbəcər rayon sakini 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb. Yaşlı qadın ağır vəziyyətdə Yevlax şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Məlumat üçün bildirək ki, vəfat edən qadın birinci Qarabağ müharibəsi şəhidi Yunis Mamedovun həyat yoldaşıdır.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanılıb.
