Bəzi insanlar aldadıldıqdan və ya ciddi şəkildə incidildikdən sonra münasibətləri davam etdirməyə çalışsa da, bəzi bürclərin nümayəndələri etimadın bir dəfə sarsılmasından sonra əvvəlki münasibətə qayıtmaq istəmirlər.
Astrologiya ilə bağlı materialda Qoç, Buğa, Şir, Əqrəb və Dolça bürcləri incikliyi uzun müddət yadda saxlayan və xəyanəti asanlıqla bağışlamayan bürclər kimi göstərilib.
Qoç hisslərini gizlətməyən və xəyanətə sərt reaksiya verən bürclərdəndir. Etimadı sarsıdan insanla münasibəti davam etdirməkdənsə, əlaqəni birdəfəlik kəsməyə üstünlük verə bilər. Qoç uzun-uzadı bəhanələrə və təkrar verilən vədlərə çox vaxt əhəmiyyət vermir.
Buğa isə qərar verməzdən əvvəl vəziyyəti daha uzun müddət təhlil edir. Lakin münasibəti bitirmək qərarına gəldikdən sonra onu dəyişdirmək çətin olur. Buğa qisas almaq və ya qarşı tərəflə mübahisə etmək əvəzinə, tədricən ünsiyyəti kəsə və həmin şəxsi həyatından çıxara bilər.
Şir üçün hörmət və etibar xüsusi əhəmiyyət daşıyır. Bilərəkdən aldadıldığını düşünən Şir münasibətə nöqtə qoymaqdan çəkinmir. Bununla belə, bu bürcün nümayəndələri bəzən adi münaqişə ilə əsl xəyanəti qarışdıraraq münasibətləri həddindən artıq tez bitirə bilərlər.
Əqrəb etibar məsələsində ən həssas bürclərdən biri kimi təqdim olunur. Hər kəsi özünə yaxın buraxmayan Əqrəb güvəndiyi şəxsin xəyanətini ağır qəbul edir. Münasibət bitdikdən sonra peşmanlıq yaşasa belə, əvvəlki etimadı bərpa etməkdə çətinlik çəkir və eyni səhvi ikinci dəfə yaşamaq istəmir.
Dolça isə geniş sosial çevrəyə malik olması ilə seçilir. Ona görə də etimadını doğrultmayan insanla münasibəti davam etdirməkdənsə, əlaqəni sakit şəkildə kəsməyə üstünlük verə bilər. Dolça yaxın münasibətlərdə qarşılıqlılıq gözləyir və davamlı xəyanət gördükdə qarşı tərəfə yeni şanslar verməyə həvəsli olmur./Demokrat.az
