Bir nəfərin aylıq xərci 644 manatı ötüb - STATİSTİKA

2026-cı ilin yanvar-may aylarında Azərbaycanda bir istehlakçı orta hesabla ayda 644,5 manat pul xərcləyib.

Referans Media  rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, bu məbləğ 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 57,9 manat çoxdur.

 Ötən il bir istehlakşı ayda orta hesabla 586,6 manat xərcləmişdi.

 Adambaşına düşən xərcin çox hissəsi ərzaq və qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Bir ayda adambaşına ərzağa 275,7 manat, qeyri-ərzağa 221,2 manat xərclənib.

 Pullu xidmətlərə xərclənən vəsait isə 147,6 manat olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki