Onuncu icra başçısı hakim qarşısına çıxdı – Yeniləndi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun müavini olmuş, YAP-ın Balakən Rayon Təşkilatının sabiq sədri Azad Balayevin məhkəməsi başlayıb.

Referans Media APA-ya istinadən xəbər verir ki, bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dıqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar verib.

Baxış iclası 11 dekabra təyin edilib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub.

O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 311.3.2 (təkrar rüşvət alma) 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.3-cü maddələri ilə ittiham olunur.

İslam Rzayev ötən il oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azad Balayev isə bu il saxlanılıb. Ona isə Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü ( (külli miqdarda törədildikdə) və 32.5,311.3.2-ci maddələri üzrə ittiham irəli sürülüb.

zad Rizvan oğlu Balayev 2007-2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub, həmçinin 2011-ci ildən etibarən YAP-nin Balakən rayon təşkilatına rəhbərlik edib.

İş üzrə zərərçəkmiş şəxs qismində Maliyyə Nazirliyi tanınıb.

***15:20

Balakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin məhkəməsi başlayır.

Referans Media  bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, bir azdan Şəki Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcək.

İslam Rzayev keçmiş müavini, sonradan YAP-ın Balakən Rayon Təşkilatının sədri işləmiş Azad Balayevlə birgə ittiham olunur. Onlar ikisi də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.

Həm eks-icra başçısı, həm də Balayev təkrar külli miqdarda rüşvət almaqda, Rzayev isə əlavə olaraq külli miqdarda mənimsəmə cinayətlərində ittiham olunurlar.

azad(6)

Azad Balayev

Bu maddələrin bəzilərində 10, bəzilərində isə 12 ilə kimi həbs cəzası nəzərdə tutulur. Hələlik onların özlərini təqsirli bilib-bilmədikləri bilinmir.

İlk məhkəmədə işə mahiyyəti üzrə baxılmır. Bu gün təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiriləcək, hüquq və vəzifələri izah ediləcək.

İslam Rzayev və Azad Balayevin vəkilləri cinayət işi ilə bağlı bir sıra vəsatətlər də hazırlayıblar. Bu gün həmin vəsatətlər də dinləniləcək, müvafiq qərarlar çıxarılacaq.

Cinayət işini Xaliq Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası araşdıracaq.

Qeyd edək ki, 14 il Balakənin icra başçısı işləyən İslam Rzayev 60 yaşında DTX tərəfindən keçirilən xüsusi əməliyyatla tutulub. Bu, son 7 ildə vəzifə cinayətlərinə görə həbs edilən onuncu icra başçısıdır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki