Sərhədyanı ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan fermerlər üçün əlavə subsidiya mexanizmi tətbiq ediləcək.
Referans Media xəbər verir ki, siyahısı müəyyən edilmiş sərhədyanı yaşayış məntəqələrində əkinçilik fəaliyyəti ilə məşğul olan fermerlər üçün subsidiya əmsalı respublika üzrə baza əmsalından 0,5 bənd yüksək hesablanacaq.
Yeni mexanizmin məqsədi ölkənin sərhədyanı ərazilərində kənd təsərrüfatı fəaliyyətinin davamlılığını təmin etməkdir./"Yeni Sabah"/
