Bu sahədə işləyənlərə dövlət pul ayırdı - 7 mindən 36 min manata qədər...

Fermerlərə beynəlxalq sertifikatların alınması üçün 36 min manatadək dövlət dəstəyi veriləcək.

Bu barədə Referans Media-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fermer və aqrar müəssisələrin xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədilə Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və beynəlxalq orqanik sertifikatların alınması subsidiyalaşdırılacaq. pizza sifarişi

Sertifikatın növündən asılı olaraq dəstək məbləği 7 000 manatdan 36 000 manatadək müəyyən ediləcək. Sertifikatların aktiv saxlanılması üçün isə illik dəstək müvafiq məbləğin 10 faizi həcmində olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki