ABŞ Prezidenti Donald Tramp İranın “ağır zərbələr” endirəcəyi ilə bağlı xəbərdarlığından sonra Tehranı sərt şəkildə təhdid edib.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, Tramp İranın ABŞ-ın tələblərini qəbul etməyəcəyi təqdirdə ölkəni tamamilə məhv etməyin mümkün variantlardan biri olduğunu bildirib.
O, İranı tamamilə məhv etmək, ölkəni iqtisadi çöküşə sürükləmək və ya Tehranla razılaşma əldə etmək variantlarının nəzərdən keçirildiyini deyib.
Trampın açıqlamaları İranın ABŞ və Yaxın Şərqdə hər hansı səhvə yol veriləcəyi təqdirdə “ağır zərbələrlə” cavab veriləcəyi barədə xəbərdarlığından sonra səslənib.
Bununla yanaşı, ABŞ Dövlət Departamenti regionda yaşayan vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığı yayıb.
