Maddi gəlirlərini artırmaq və ya əlavə məşğulluq imkanlarından yararlanmaq üçün eyni vaxtda bir neçə iş yerində çalışan şəxslərin sayı maraq doğurur.
Bəs Azərbaycanda hazırda neçə nəfər iki və ya daha çox iş yerində rəsmi fəaliyyət göstərir?
Referans Media bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərib.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, qanunvericiliklə müəyyən olunmuş hallarda işçi əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.
Qeyd edilib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində 79 minədək şəxsin iki və daha çox aktiv əmək müqaviləsi mövcuddur./Sfera.az/
