2026-cı il sentyabrın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5,435 milyon nəfər olub.
Referans Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadi fəal əhalinin 5,154 milyon nəfərini məşğul əhali təşkil edib.
Muzdla çalışan işçilərin sayı isə 1,781 min nəfərdir. Bu işçilərin 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri qeyri-dövlət sektorunda çalışır.
Rəsmi məlumata əsasən, çalışanların 98,2 faizi qeyri neft-qaz sektorunda işləyir. Qeyr neft-qaz sektorunda çalışan sayı 1,751 milyon nəfər, neft-qaz sektorunda isə 30,5 min nəfərdir.
