Yunanıstan mediası: Ərdoğan Afinanı tərəf kimi qəbul etmir

Referans Media xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan mediasında yayımlanan təhlildə Türkiyənin Qərb qarşısında artan çəkisi və Ankaranın regional rolunun güclənməsi diqqətə çatdırılıb.

Demokrit Universitetinin professoru Sotiris Serbosun məqaləsində Ukrayna və Yaxın Şərqdəki hadisələrdən sonra Türkiyənin Qərb üçün mühüm sabitlik tərəfdaşına çevrildiyi və qlobal siyasətdə rolunun gücləndiyi qeyd olunub.

Məqalədə Yunanıstanın Qərblə Türkiyə arasında strateji münasibətlərin yenidən qurulması prosesində qərarverici mövqedə olmadığı bildirilib. Həmçinin Türkiyənin regional hədəflərindən geri çəkilməsini heç bir böyük gücün tələb etmədiyi, Afinanın isə Qərbin Ankara ilə bağlı siyasətində kifayət qədər söz sahibi olmadığı vurğulanıb.

Serbosun fikrincə, Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanı bərabərhüquqlu tərəf kimi görmədiyi üçün ABŞ və Avropa ölkələri ilə birbaşa danışıqlar aparır.

Məqalədə Afinanın daha çevik və fəal strategiya qurmadığı təqdirdə Türkiyə ilə bağlı qərarların onun iştirakı olmadan qəbul edilə biləcəyi də qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki