Bələdiyyə sədri qumarxanada GÖRÜLDÜ

Sosial şəbəkələrdə Türkiyənin Kilis bələdiyyə sədri Hakan Bilecenin də olduğu iddia edilən kazino fotoları yayılıb.

Referans Media haberler. com-a istinadən xəbər verir ki, slot aparatının qarşısında bir şəxsin əks olunduğu bu fotoların həqiqiliyi və görüntüdəki şəxsin həqiqətən də Bilecen olub-olmadığı hələ təsdiqlənməyib.

Qeyd olunur ki, görüntülərin yayılmasından sonra bir sıra istifadəçilər paylaşım və şərhlərdə Kilis bələdiyyəsini və Hakan Bileceni etiketləyərək iddialara aydınlıq gətirilməsini istəyiblər.

Bəzi paylaşımlarda isə Bələdiyyə sədrinin slot aparatının qarşısında olduğu iddia edilərək onun ünvanına tənqidi fikirlər səsləndirilib.

Fotoların sosial şəbəkələrdə yayılmasına baxmayaraq, hazırda Hakan Bilecen və Kilis bələdiyyəsi tərəfindən görüntülərlə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Hakan Bilecen 2026-cı ilin iyununda CHP-dən istefa verib.

Onun istefasından sonra AK Partiyaya keçəcəyi ilə bağlı iddialar da gündəmə gəlmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki