Avstraliya hökuməti ölkədə doğum sayının 2060-cı ildən əvvəl ölüm sayından aşağı düşəcəyini və əhalinin yaşlanmasının iqtisadi artımı yavaşladacağını proqnozlaşdırır.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, Avstraliya Xəzinədarlığının hazırladığı “Nəsillərarası Hesabat 2026”da ölkədə demoqrafik dəyişikliklərlə bağlı proqnozlar açıqlanıb.
Hesabata görə, doğum səviyyəsinin 2060-cı illərin ortalarına qədər hər qadına 1,34 uşağa qədər azalacağı və doğumların 2060-cı illərdən əvvəl ölüm hallarından geri qalacağı gözlənilir.
Bu dövrdən sonra əhali artımının əsasən böyük şəhərlərdə cəmləşəcəyi və böyük ölçüdə miqrasiya hesabına təmin olunacağı bildirilir. Doğum səviyyəsinin azalmasının əhalinin yaşlanmasını sürətləndirəcəyi və bunun iqtisadi artımın zəifləməsinə təsir göstərəcəyi qeyd olunur.
