backend

Əli Əsədov daha bir qərar imzaladı

“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib.

Referans Media xəbər verir ki, bunun bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Əsasnaməni 3 nömrəli cədvəlində – “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər”in “c) Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular” yarımbəndinin “Dərin sularda işləyən dalğıc, akvanavt, komando təməl və komando ixtisas (snayper, paraşütdən tullanma, axtarış-xilasetmə, minaaxtaran və s.) göndərilən hərbi qulluqçular” sütununun “Boy (sm-lə)” sətrinin 17-ci qrafasında “170” rəqəmləri “160” rəqəmləri ilə əvəz edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki