Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Referans Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
7. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
8. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
12. Fətəli xan Xoyski prospekti, "Gənclik" metro stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;
13. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;
14. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
15. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
16. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
17. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.
