Fransada əsasən dövlət sektorunda çalışanların iştirakı ilə ümummilli tətil və nümayişlər keçirilir.
Referans Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Aksiyanı ölkənin bütün əsas həmkarlar ittifaqı birlikləri təşkil edib. Ölkə üzrə 170-dən çox nümayiş keçirilib.
Etirazların əsas səbəbi hökumətin büdcə siyasətindən narazılıq və dövlət sektorunda çalışanların alıcılıq qabiliyyətinin azalmasıdır.
Tətil Fransanın 2027-ci il dövlət büdcəsi layihəsinin təqdim edilməsinə cəmi iki gün qalmış keçirilir.
Aksiyalarda xüsusilə müəllimlər, tibb işçiləri və yanğınsöndürənlər fəal iştirak edirlər.
Bununla yanaşı, məktəblilər də etirazlara qoşulublar. Onlar büdcə siyasəti ilə yanaşı, siniflərdə şagird sayının çoxluğuna və müəllim çatışmazlığına etiraz edirlər./Globalinfo.az


