ABŞ İranla bağlı sanksiya siyahısına 10 fiziki və hüquqi şəxsi daxil edib.
Referans Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Sənədə əsasən, məhdudiyyətlər İran İslam Respublikasının Müdafiə Nazirliyinin maraqları naminə silah və onların komponentlərinin tədarükü ilə mübarizə məqsədilə tətbiq edilib.
Sanksiyalara Honq-Konq, İran, Çin, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyədə fəaliyyət göstərən fiziki şəxslər və şirkətlər məruz qalıb.
Sanksiya siyahısına daxil edilmə həmin şəxslərin və qurumların ABŞ-dakı aktivlərinin dondurulmasını, həmçinin ABŞ vətəndaşları və şirkətlərinin onlarla biznes əlaqəsi saxlamasının qadağan edilməsini nəzərdə tutur./Globalinfo.az
