İsrailin radikal sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanın paytaxtı Beyrutu bombalamağı və yer üzündən silməyi təklif edib.
Referans Media “Yeni Sabah”a istinadən xəbər verir ki, o, ölkəsinin Livanla sərhədinə gedib və orada bu bəyanatı səsləndirib.
İtamar Ben-Qvir xüsusi ilə Beyrutun güneyində yerləşən Dahiye yaşayış məntəqəsini tamamilə dağıtmağa çağırıb: “Buranı düm-düz etməliyik”. pizza
Nazir deyib ki, əvvəllər Livanla atəşkəsin tam əleyhinə olub, indi də əleyhinədir:
“Biz burada şimal sərhədində, Shtula qəsəbəsindəyik və çox aydın, çox açıq şəkildə deyirik ki, Dahiyeni yerlə-yeksan etməliyik, Dahiye yerlə-yeksan edilməlidir! Əvvəlki atəşkəsin dayandırılmasına qarşı idim, bu gün də deyirəm ki, oranı mütləq yerlə-yeksan etməliyik.
İsrailin Baş naziri Benyamin Netanyahu, səni sevirəm. ABŞ Prezidenti Donald Trump, sənə də hörmətim var. Amma Dahiye tamamilə yerlə-yeksan edilməlidir”.
