Bütün dünya bu görüntüləri danışır: Trampın arxasındakı gənc gündəmi dəyişdi - VİDEO

ABŞ-nin Corciya ştatında keçirilən mitinq zamanı keçmiş prezident Donald Trampın çıxışı gözlənilməz hadisə ilə kölgədə qalıb. Canlı yayım zamanı Trampın arxasında dayanan gəncin davranışları sosial şəbəkələrdə və dünya mediasında geniş müzakirələrə səbəb olub.

Referans Media xəbər verir ki, ABŞ-nin Corciya ştatının Marietta şəhərində keçirilən mitinqdə Donald Tramp iqtisadiyyat, məşğulluq və ölkənin gələcəyi ilə bağlı çıxış edərkən, kameralar onun dərhal arxasında dayanan qara kostyumlu gənci də lentə alıb.

Trampı canlı yayımda ələ saldı

Görüntülərdə gəncin Trampın çıxışını dinləyərkən şişirdilmiş mimikalar göstərdiyi, gözlərini döydüyü və keçmiş prezidentin məşhur əl hərəkətlərini istehzalı şəkildə təqlid etdiyi əks olunub. Onun bu davranışı qısa müddətdə milyonlarla izləyicinin diqqətini cəlb edib.

Müdaxilə olmadı

Mitinq zamanı nə təhlükəsizlik əməkdaşları, nə də təşkilatçılar gəncin hərəkətlərinə müdaxilə ediblər. Bu səbəbdən həmin anlar canlı yayım vasitəsilə tam şəkildə yayımlanıb və sosial şəbəkələrdə sürətlə viral olub.

Dünya mediasının diqqət mərkəzində

Qısa müddət ərzində görüntülər ABŞ sərhədlərini aşaraq beynəlxalq KİV-də də geniş işıqlandırılıb. Bir çox media orqanı milyonlarla insanın izlədiyi canlı yayımda Trampın arxasında dayanan şəxsin onu açıq şəkildə istehza ilə təqlid etməsini günün ən diqqətçəkən hadisələrindən biri kimi təqdim edib.

Sosial şəbəkələrdə isə istifadəçilər gəncin jest və mimikaları ilə bağlı minlərlə paylaşım edərək görüntüləri günün ən çox müzakirə olunan videolarından birinə çeviriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki