Türkiyənin Şırnak vilayətinin Beytüşşebap rayonunda baş verən qeyri-adi təbiət hadisəsi diqqət çəkib. İsti havaların təsiri ilə çoxalan tırtıllar minlərlə palıd ağacını zəbt edib və ağaclar ağ rəngli örtüklə bürünüb.
Referans Media xəbər verir ki, Tırtılların toxuduğu torlar səbəbindən ağaclar günəş işığı ala bilmir və vaxtında yaşıllaşa bilmir. Bu səbəbdən bəzi ağacların qurumağa başladığı bildirilir.
Minlərlə ağac zərər görüb
Rayonun Toptəpə kəndi yaxınlığındakı vadidə minlərlə palıd ağacı tırtıl istilasına məruz qalıb. Kənddən təxminən 40 kilometr uzaqlıqda yerləşən ərazidə ağacların üzərində yaranan ağ tor təbəqəsi qeyri-adi görüntü yaradıb.
Mütəxəssislərin məlumatına görə, bu vəziyyət ağacların tam məhv olması demək deyil. Tırtıllar müəyyən müddətdən sonra kəpənəyə çevrildikdə, ağacların yenidən yarpaqlanaraq əvvəlki görünüşünə qayıtması gözlənilir.
Hadisə bölgə sakinləri və təbiətsevərlərin böyük marağına səbəb olub.
