İspaniya dünya futbolunun zirvəsində: Qızıl kubok sahibini tapdı! - VİDEO

2026 FIFA Dünya Çempionatının böyük finalında planetin iki nəhəng futbol ölkəsi - İspaniya və Argentina yığmaları qarşı-qarşıya gəlib.

Referans MEDİA xəbər verir ki, Nyu-Cersidəki "MetLife" stadionunda keçirilən və gərginliyi son saniyəyə qədər davam edən tarixi qarşılaşma "qırmızı furiya"nın minimal hesablı qələbəsi ilə başa çatıb.

Matçın əsas vaxtında qapılara qol vurulmayıb (0:0). Görüşün taleyini həll etmək üçün əlavə vaxta ehtiyac duyulub. İspaniya millisinə dünya çempionluğunu qazandıran yeganə qolu 106-cı dəqiqədə Ferran Torres rəqib qapısından keçirib. Lionel Skaloninin rəhbərlik etdiyi Argentina millisi oyunun son dəqiqələrində böyük qüvvə ilə hücuma atılsa da, ispanların müdafiə səddini aça bilməyib.

DÇ-2026
19 iyul
Final

İspaniya - Argentina 1:0

Qol: Ferran Torres, 106.
Baş hakim: Slavko Vinçiç.
Nyu-York/Nyu-Cersi stadionu

Xatırladaq ki, Fransanı 6:4 hesabı ilə məğlub edən İngiltərə seçməsi mundialda üçüncü yeri tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki