Zehra Özdemirin toyunda qızıl şousu: Taxılan qızılların ağırlığından yeriməkdə çətinlik çəkdi - VİDEO

Sosial mediada komediya məzmunları ilə tanınan fenomen Zehra Özdemir Murat Çapan ilə möhtəşəm toy mərasimi ilə ailə həyatı qurub. Gecəyə isə cütlüyün xoşbəxtliyindən çox, gəlinə taxılan çoxsaylı qızıl-zinət əşyaları və uzun hədiyyə növbəsi damğasını vurub.

Referans Media xəbər verir ki, toy mərasimində qonaqların yaratdığı metrlərlə uzanan növbə diqqət çəkib. Gəlinə ağır qızıl dəstləri, burma bilərziklər və müxtəlif zinət əşyaları taxılıb.

Zehra Özdemirin üzərindəki zinət əşyalarının çoxluğu isə sosial şəbəkələrdə geniş müzakirə olunub. Fenomen gəlinin taxılan qızılların ağırlığı səbəbilə yeriməkdə çətinlik çəkdiyi anlar kameralara əks olunub və qısa müddətdə viral olub.

Toyun diqqət çəkən qonaqlarından biri də fenomen Çağla Öz olub. O, tədbirə qollarını tamamilə örtən çoxsaylı qızıl bilərziklərlə qatılıb.

Çağla Öz yaxın dostu Zehra Özdemirə də bilərzik taxaraq həmin anları sosial media hesabında paylaşıb. Onun paylaşımı da izləyicilərin böyük marağına səbəb olub.

"TikTok" və "Instagram" platformalarında yayımladığı videolarla məşhurlaşan Zehra Özdemir daha əvvəl “Həqiqi İzmitliyəm” ifadəsi ilə gündəmə gəlmişdi.

Onun fərqli üslubu və yumor dolu paylaşımları böyük izləyici kütləsi toplamasına səbəb olub. Fenomenin dəbdəbəli toy görüntüləri isə bu dəfə sosial medianın əsas müzakirə mövzularından birinə çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki