Gecə saat 01:00-da təkrarlanan müəmmalı hadisə: Kamera sirli ziyarətçini lentə aldı - VİDEO

Evində təhlükəsizliyi artırmaq üçün giriş qapısına müşahidə kamerası quraşdıran qadın qeydə alınan görüntüləri izləyərkən gözlənilməz hadisə ilə qarşılaşıb. Kamera hər gecə eyni saatda qapının qarşısına gələn naməlum şəxsi lentə alıb.

Referans Media xəbər verir ki, qadının sözlərinə görə, təhlükəsizlik kamerası ardıcıl olaraq hər gecə saat 00:59–01:00 aralığında bir nəfərin qapısının önünə gəldiyini və bir müddət kameraya baxaraq dayandığını qeydə alıb. Görüntüləri diqqətlə izləyən qadın həmin şəxsin qonşusuna bənzədiyini düşünüb.

Məsələyə aydınlıq gətirmək istəyən qadın qonşusunun qapısını döyərək təhlükəsizlik kamerasının görüntülərini ona göstərib. Lakin aldığı cavab onu daha da təəccübləndirib.

Qonşu görüntülərdəki şəxsin özü olmadığını bildirərək, həmin saatlarda evdə yatdığını və kameraya düşən adamın qətiyyən özü olmadığını iddia edib.

Bu cavabdan sonra hadisə daha da müəmmalı hal alıb. Kameraya düşən şəxsin kimliyi, hər gecə eyni vaxtda niyə həmin mənzilin qarşısına gəldiyi və qonşuya olan oxşarlığının səbəbi hələ də məlum deyil.

Hadisənin harada və nə vaxt baş verdiyi, eləcə də görüntülərin həqiqiliyi barədə rəsmi açıqlama verilməyib. Sosial şəbəkələrdə geniş müzakirə olunan bu hadisə istifadəçilər arasında müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki