Qaçan meymun konteyner şəhərciyində panika yaratdı: Bir nəfər xəsarət aldı - VİDEO

Türkiyənin Hatay vilayətinin Antakya rayonunda konteyner şəhərciyinə daxil olan qaçaq meymun sakinlər arasında təşviş yaradıb.

Referans Media xəbər verir ki,  Arpahan məhəlləsində yerləşən Maya-2 konteyner şəhərciyində dolaşan meymun ona çörək vermək istəyən qadına hücum edərək əlindən xəsarət yetirib.

Hadisə barədə məlumat verildikdən sonra əraziyə yanğınsöndürənlər və Təbiətin Mühafizəsi və Milli Parklar İdarəsinin əməkdaşları cəlb olunub.

Əməliyyat zamanı meymun bir müddət əməkdaşlardan qaçmağa çalışsa da, uzun təqibdən sonra tutulub və mühafizə altına götürülüb.

Məlumata görə, heyvanın sahibi hələlik müəyyən edilməyib.

Səlahiyyətli qurumlar bildiriblər ki, meymun müayinədən və lazımi baxımdan keçirildikdən sonra Mersinə göndəriləcək.

Hadisə şahidlərinin sözlərinə görə, meymun ilk baxışdan sakit görünsə də, aqressiv davranış nümayiş etdirdiyi üçün sakinlər ona yaxınlaşa bilməyiblər. Bu səbəbdən dərhal aidiyyəti qurumlara məlumat verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki