Aliment alan valideynlərə ŞAD XƏBƏR: 2027-ci ildən bu qədər OLACAQ

2027-ci il yanvarın 1-dən uşaqlar üçün yaşayış minimumunun 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu dəyişiklik qəbul ediləcəyi təqdirdə, aliment ödənişlərinə təsiri və əvvəlki məhkəmə qərarları ilə müəyyən edilmiş məbləğlərin yenidən hesablanması məsələsi gündəmə gəlir. Uşaqların artan yaşayış xərcləri fonunda alimentin artırılması üçün hansı hüquqi imkanların mövcud olduğu da maraq doğurur.

Referans Media-ya açıqlamasında hüquqşünas Rəhim Xoyski bildirib ki, uşaqlar üçün yaşayış minimumunun 274 manata qaldırılması hələlik qanun layihəsidir. Onun sözlərinə görə, dəyişiklik qəbul edilsə belə, mövcud aliment məbləğləri avtomatik artırılmayacaq. Ali Məhkəmənin izahına görə, yaşayış minimumunun artması alimentin artırılması və ya indeksasiyası üçün əsas sayılmır.

Hüquqşünas qeyd edib ki, hazırda sabit məbləğdə aliment minimum əməkhaqqının misli ilə təyin olunur. Belə aliment minimum əməkhaqqı artdıqca avtomatik indeksasiya edilir. Əvvəlki məhkəmə qətnamələrində aliment konkret məbləğlə, manatla göstərilibsə, onun sözlərinə görə, yeni iddia qaldırmağa ehtiyac yoxdur. İcraya nəzarət edən məhkəməyə ərizə vermək kifayətdir.

Rəhim Xoyskinin sözlərinə görə, uşağın real xərcləri nəzərə alınmaqla alimentin artırılması üçün məhkəməyə iddia ilə müraciət etmək mümkündür. Bunun üçün tərəflərdən birinin maddi və ya ailə vəziyyətinin dəyişdiyi sübut olunmalıdır. Məsələn, aliment ödəyən şəxsin gəliri artıbsa və ya uşağın təhsil və müalicə xərcləri çoxalıbsa, bu hallar alimentin artırılması tələbinə əsas ola bilər.

Hüquqşünas əlavə edib ki, həmin dəyişikliklər müvafiq sənədlərlə təsdiqlənməlidir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki