DÇ-2026: İsveçrə Bosniya və Herseqovina ilə qarşılaşacaq

2026-cı il dünya çempionatında B qrupunda II tura start veriləcək.

Referans Media xəbər verir ki, turun ilk oyununda İsveçrə millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hər iki komanda ilk turda heç-heçə edib. İsveçrə Qətərlə, Bosniya və Herseqovina isə Kanada ilə 1:1 hesablı bərabərliyə razılaşıb.

Qeyd edək ki, B qrupunun digər oyununda Kanada Qətərlə üz-üzə gələcək.

Dünya çempionatı
B qrupu, II tur
18 iyun
23:00. İsveçrə – Bosniya və Herseqovina


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki