Mətanət İsgəndərli qızından danışdı: Ailəni aparıcılıqdan üstün tutdu

Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər ailəsinə görə aparıcılıq arzusundan daşınıb.

Referans Media xəbər verir ki, sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb:

“Qızımın uşaqlıqdan aparıcılığa həvəsi var idi. Konsertimə bir həftə qalmış dedi ki, aparıcılıq edəcəyəm. Özü də bunu davam etdirmək istəyirdi. O qədər istəyi güclü idi ki, "Burada yaşamıram, necə olacaq?" deyə, fikirləşmədi.

Ülkər 4 aydır burada idi. Düşünürdü ki, artıq burada qalar, övladı Bakıda məktəbə gedər. O da mənim kimi fədakardır. Amma uşağa görə yenidən Türkiyəyə qayıtdı. Ailəni aparıcılıqdan üstün tutdu. Düşündü ki, ailə və aparıcılıq ikisi birlikdə alınmayacaq. Ona görə də yenidən Türkiyəyə qayıtdı”.

Qeyd edək ki, Ülkər Mətanət İsgəndərlinin Yaşıl Teatrda keçirilən konsertində ilk dəfə aparıcılıq etmişdi. Ülkər Engin adlı türk vətəndaşı ilə ailəlidir. Onun iki övladı var. (Axşam.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki