Türkiyəli məşhur aktyor Mehmet Günsür Azərbaycana səfəri ilə bağlı videomüraciət yayımlayıb.
Sənətçi azərbaycanlı izləyicilərini yeni ekran işi olan “Aşk Tesadüfleri Sever 3” filminin qala gecəsində iştirak etməyə dəvət edib.
Aktyor videomüraciətində Bakıdakı pərəstişkarları ilə görüşməkdən məmnun olacağını bildirib və hər kəsi filmin təqdimatına qatılmağa çağırıb.
“Aşk Tesadüfleri Sever” film seriyasının davamı olan ekran əsərinin qala gecəsi noyabrın 27-də paytaxtın məşhur “Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında keçiriləcək./Musavat.com
