Türkiyəli aktrisa Nurgül Yeşilçay son vaxtlar arıqlaması ilə diqqət çəkib. 50 yaşlı sənətçi qısa müddətdə 3 kiloqram çəki itirdiyini açıqlayıb və bunun səbəbini izah edib.
Referans Media xəbər verir ki, məşhur aktrisa bildirib ki, arıqlamaq üçün xüsusi pəhriz saxlamayıb və hər hansı qidalanma proqramı tətbiq etməyib. Onun sözlərinə görə, çəki itirməsinin əsas səbəbi işlərinin çox olması və gərgin iş qrafikidir.
Nurgül Yeşilçay arıqlaması ilə bağlı açıqlamasında diqqətçəkən ifadə işlədib:
“Çox intensiv işlədiyim üçün üç kiloqram arıqladım. Pəhriz-zad yoxdur, iş var. Hər şeyi tamamilə özbaşına hazırlayıram. Siniyə yağ çəkirəm. Serial izləyərkən sağlam nəsə yemək istəyirəm”.
Aktrisanın mətbəxdə hazırladığı qəlyanaltılar da marağa səbəb olub. Yeşilçay televiziya qarşısında vaxt keçirərkən daha sağlam qidalar yeməyə üstünlük verdiyini bildirib.
Onun hazırladığı çuğundur çipsi xüsusilə diqqət çəkib. Aktrisa bu qəlyanaltını hazırlamaq üçün soba sinisini yağladığını və mətbəxdə xüsusi reseptə bağlı qalmadan improvizasiya etdiyini söyləyib.
