Eskişehir şəhərinin Sivrihisar rayonunda yerləşən dövlət xəstəxanasında baş verdiyi iddia olunan hadisə müzakirələrə səbəb olub.
İddialara görə, xəstəxana müdiri ilə əməkdaş arasında yaranan mübahisə sonradan fiziki qarşıdurmaya çevrilib. Hadisə anlarının təhlükəsizlik kameraları tərəfindən qeydə alındığı bildirilir.
Referans Media xəbər verir ki, Hücum edildiyini iddia edən əməkdaş A.D. bildirib ki, ilk zərbədən sonra yaşananları beyin travmasına görə xatırlamır. Onun sözlərinə görə, ikinci dəfə fiziki zorakılığa məruz qaldığını sonradan kamera görüntüləri və araşdırma mərhələsində öyrənib.
Zərərçəkən hadisə ilə bağlı araşdırma aparılmasını tələb etdiyini və prosesin nəticə verməsini gözlədiyini qeyd edib.
Məlumata görə, hadisədən sonra aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı araşdırma başladılıb.
Qeyd olunur ki, bütün iddialarla bağlı yekun hüquqi qiymətləndirmə rəsmi araşdırmanın nəticələri əsasında müəyyən ediləcək.
