Əhaliyə pis xəbər! Ucuzlaşma gözləyənlər yanılır – Acı reallıq açıqlandı!

Son aylarda istehlak bazarında həm qiymət artımları, həm də əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi müşahidə olunur. Ekspertlərin fikrincə, inflyasiya, ərzaq və xidmət qiymətlərinin bahalaşması, eləcə də gəlirlərin qiymət artımına uyğun yüksəlməməsi bu prosesə təsir edən əsas amillərdir.


Referans Media xəbər verir ki, mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, son aylarda əhalinin alıcılıq qabiliyyətinə təsir edən əsas amillər sırasında inflyasiya, ərzaq və xidmət qiymətlərinin artması, kommunal və nəqliyyat xərclərinin yüksəlməsi, eləcə də gəlirlərin bahalaşma tempinə uyğun artmaması ön plandadır.


Onun sözlərinə görə, əməkhaqları və sosial ödənişlər qiymət artımının sürətindən geri qalarsa, insanların real alıcılıq qabiliyyəti zəifləyir və gündəlik xərclərin qarşılanması daha da çətinləşir.


Ekspert qeyd edib ki, yaxın aylarda qiymətlərin tam sabitləşəcəyini qəti şəkildə söyləmək mümkün deyil. Dünya bazarlarında enerji, ərzaq və logistika xərclərində baş verən dəyişikliklər, eləcə də daxili bazardakı inflyasiya meylləri qiymətlərə təsir göstərməkdə davam edə bilər.


Akif Nəsirli vurğulayıb ki, xarici iqtisadi şərait sabit qalsa və inflyasiyanın qarşısının alınması istiqamətində görülən tədbirlər effektiv nəticə versə, qiymət artımının tempi zəifləyə bilər. Bununla belə, bəzi məhsul və xidmət qruplarında bahalaşmanın davam etməsi ehtimalı qalır.
Onun fikrincə, yaxın aylar üçün ən real ssenari qiymətlərin tam ucuzlaşması deyil, bahalaşma tempinin nisbətən yavaşlamasıdır.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki