Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi

İsmayıllıda batan 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

**

Yuxarı Şirvan kanallının İsmayıllı rayonundan keçən hissəsində 23 yaşlı gənc batıb.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə kanalın Quba Xəlilli kəndi ərazisindın keçən hissəsində baş verib.

2003-cü il təvəllüdlü rayon sakini Məhərrəmov Rəvan Vaqif oğlu Yuxarı Şirvan kanalında batıb.

FHN-nin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki