İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq

İran Xarici İşlər Nazirliyi ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin birgə bəyanatını tənqid edib.

Referans Media xəbər verir ki, İran tərəfi bəyanatın regiondakı vəziyyətin sabitləşməsinə töhfə vermədiyini bildirir.

İran XİN ABŞ Dövlət Katibi və Körfəz Əməkdaşlıq Şurası Xarici İşlər Nazirlərinin 25 iyun 2026-cı il tarixli bəyanatında göstərilən mövqeləri aqressiv, məsuliyyətsiz və təxribatçı hesab edir.

Nazirlik bölgədə davam edən hərbi hərəkətlər və müdaxilə barədə xəbərdarlıq da edib. Körfəz ölkələrinə ABŞ-ın İranın nüvə proqramı ilə bağlı bəyanatlarını dəstəkləməmək, əksinə Yaxın Şərqdə nüvə silahından azad zonanın yaradılmasını təşviq etmək tövsiyə olunub.

Xatırladaq ki, Bəhreyndə ABŞ və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında nazirlər səviyyəsində görüş keçirilib vəbirgə bəyanat qəbul edilib. Tərəflər Hörmüz boğazı üzərində rüsum, ödəniş və ya nəzarət tətbiq etmək cəhdlərini qəti şəkildə rədd edərək, sərbəst, qeyd-şərtsiz və məhdudiyyətsiz naviqasiyanın vacibliyini vurğulayıblar./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki