Əhməd əl-Şaraanın Azərbaycana səfəri başa çatdıbackend

Əhməd əl-Şaraanın Azərbaycana səfəri başa çatdı

  Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb.

Referans xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Suriya Prezidenti Əhməd əl-Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov,

xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki