Əli Koçun "Fənərbaxça"da keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı qərarı məlum olub.
Referans Media xəbər verir ki, keçmiş prezident yaxın ətrafına yenidən namizəd olmayacağını bildirib.
Məlumata əsasən, Əli Koç seçkidə heç bir namizədi dəstəkləməyəcəyini də açıqlayıb.
Onun yaxın çevrəsinə: “"Fənərbaxça"nın gələcəyi üçün kimi uyğun görürsünüzsə, ona səs verin” dediyi bildirilib.
Keçmiş klub rəhbərinin əsas məqsədinin klubun daha yaxşı günlər yaşaması olduğunu vurğuladığı qeyd olunur.
Məlumata görə, Əli Koç seçki günü səsvermədə iştirak edəcək, lakin prosesdə aktiv rol almayacaq.
Hazırda Əziz Yıldırım və Hakan Safiın seçki yarışında ön plana çıxdığı bildirilir.
Əli Koçun qərarı isə "Fənərbaxça" camiəsində geniş rezonans doğurub.
