“Qalatasaray”ın qış transfer planı pozuldu: 28 milyon avroluq ulduz üçün qərar verildi

“Qalatasaray”ın qış transfer dönəmində heyətinə qatmaq istədiyi Krist Oulai ilə bağlı “Fiorentina” qərarını verib. İtaliya klubu gənc yarımmüdafiəçini mövsümün sonuna qədər komandada saxlamaq niyyətindədir.

Referans Media xəbər verir ki, İstanbul təmsilçisi yanvar ayında başlayacaq transfer pəncərəsində xüsusilə yarımmüdafiə və hücum xəttini gücləndirməyi planlaşdırır. Bu məqsədlə “Fiorentina”da çıxış edən Krist Oulai namizədlər siyahısının ön sıralarında yer alıb.

“Trabzonspor”dakı uğurlu çıxışı ilə diqqət çəkən və 2026–2027 mövsümünün əvvəlində “Fiorentina”ya transfer olunan futbolçu uzun müddətdir “Qalatasaray”ın maraq dairəsindədir.

Lakin Florensiya təmsilçisi Oulai ilə bağlı mövqeyini müəyyənləşdirib. Klubun yanvar ayında gənc yarımmüdafiəçi üçün gələcək bütün təklifləri rədd edəcəyi və onu mövsümün sonunadək heyətdə saxlayacağı bildirilir.

Krist Oulainin hazırkı bazar dəyəri 28 milyon avro göstərilir. O, bu mövsüm “Fiorentina”nın heyətində bütün turnirlərdə 9 rəsmi matçda meydana çıxsa da, hələlik qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Beləliklə, “Qalatasaray”ın qış transfer pəncərəsində Oulai ilə bağlı planlarının reallaşması çətinləşib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki