Avropanın diqqətini çəkən qapıçı "Fənərbaxça"ya qayıdır?

Fransanın “Lill” klubunda çıxış edən türkiyəli qapıçı Berke Özerin yenidən “Fənərbaxça”ya qayıda biləcəyi iddia olunur. İstanbul təmsilçisinin 26 yaşlı futbolçunun transferi ilə bağlı xüsusi plan hazırladığı bildirilir.

Referans Media xəbər verir ki, “Fənərbaxça” Berke Özerin mümkün transferini yaxından izləyir. Türkiyə millisinin üzvünə Avropanın bir neçə klubunun maraq göstərdiyi, futbolçunun menecerinin isə transfer məsələlərini müzakirə etmək üçün Fransaya getdiyi qeyd olunur.

Fransa mətbuatında yer alan məlumatlara əsasən, “Lill” qapıçı üçün 15 milyon avro tələb edir. “Fənərbaxça”nın isə Berke Özerin növbəti satışından 20 faiz pay almaq hüququ var.

İddialara görə, İstanbul klubu bu hüquqdan istifadə edərək transferin faktiki dəyərini 12 milyon avroya endirməyi planlaşdırır.

Planın ən diqqətçəkən tərəfi isə futbolçunun transferdən sonra da mövsümün sonunadək “Lill”də qalmasıdır. Beləliklə, “Fənərbaxça”nın gələcəkdə Edersonu əvəz edə biləcək qapıçını indidən heyətinə qatmaq istədiyi bildirilir.

Qeyd edək ki, bu transferlə bağlı məlumatlar hələlik iddia xarakteri daşıyır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki