İngiltərə Premyer Liqasında çıxış edən “Bournemouth”un futbolçusu Enes Ünalın İspaniya klubu “Getafe”yə geri dönə biləcəyi bildirilir.
İngilis mətbuatının yaydığı məlumatlara görə, zədəsini sağaldan 28 yaşlı hücumçu, daha çox oynamaq üçün yenidən İspaniyaya qayıtmaq istəyir. oktyabr ayında yenidən meydana çıxan Enes Ünal, “Bournemouth” forması ilə məhdud müddətdə oynayıb və daha çox oyun təcrübəsi qazana biləcəyi bir kluba transfer olmağı planlaşdırır.
Xəbərlərdə vurğulanır ki, Enes Ünal xüsusilə İspaniyada futboldan daha çox qarşılıq aldığını düşünür və buna görə də LaLiqa-ya dönüş məsələsində istəkli davranır.
“Getafe” ilə danışıqlar başladı
Həmçinin, Enes Ünalın ətrafı vasitəsilə keçmiş klubu “Getafe” ilə əlaqəyə keçdiyi və futbolçunun yanvar ayında İspaniyaya dönməyə hazır olduğu qeyd edilir. Təcrübəli forvetin “Villarreal”, “Valladolid”, “Levante” və “Getafe”də keçirdiyi illəri həsrətlə xatırladığı və LaLiqa-nın oyun mühitinə artıq alışdığı da xəbərlərdə diqqət çəkən məqamlardandır.






















