image-imparator-fatih-terim-geri-donuyor-imzalar-an-meselesi-yjfcbackend

“İmperator” səhnəyə dönür: Fatih Terimlə razılıq yaxındır

Fatih Terim yaşıl meydanlara qayıtmağa hazırlaşır

Referans Media xəbər verir ki, son olaraq Səudiyyə Ərəbistanının Əl-Şabab klubunu çalışdıran və daha sonra bir müddət fasilə verən təcrübəli mütəxəssis Fatih Terim yenidən futbol meydanlarına qayıtmağa hazırlaşır.

Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən Əl-Şabab rəhbərliyi komandanın son nəticələrindən narazı qaldığı üçün Fatih Terimi yenidən baş məşqçi postuna gətirmək məqsədilə hərəkətə keçib. Klubun təcrübəli çalışdırıcını razı salmaqda israrlı olduğu və tərəflər arasında rəsmi danışıqların başladığı bildirilir.

Karyerası ərzində “Qalatasaray” ilə çoxsaylı kuboklar qazanan, həmçinin “Milan” və “Fiorentina” kimi Avropa nəhənglərini çalışdıran “İmperator” ləqəbli mütəxəssis Səudiyyə Ərəbistanı futbolunda da yaxından izlənilən simalardan biridir. Məlumata görə, Əl-Şabab Fatih Terimə geniş səlahiyyətlər və yüksək məbləğdə maaş təklif edib, danışıqlar isə müsbət məcrada davam edir.

Razılaşma əldə olunacağı təqdirdə, Fatih Terim karyerasında yeni bir səhifə açaraq Səudiyyə Ərəbistanı Pro Liqasında yenidən fəaliyyətə başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki